Rusiya hökuməti elektromobilləri tətbiq edilən nəqliyyat vergisindən azad etmək təklifi ilə çıxış edib. Hökumət üzvləri, 2018-ci ilin ilk günlərindən başlayaraq bu verginin ləğv edilməsinin mümkün olduğunu bildiriblər. Bu barədə məlumati “İnterfaks” agentliyi yayıb.

Maliyyə nazirinin müavini İlya Turin Rusiya dövlət dumasının büdcə komitəsinin iclasında bu güzəştin 5 il müddətinə nəzərdə tutulduğunu bildirib. İrəli sürülən təklifə büdcə və vergilər komitəsinin başçısı Andrey Makarov öz etirazını bildirib.

Büdcə və verilər komitəsinin başçısı bu halda Tesla şirkətinin istehsal etdiyi elektromobillərin sahiblərinin dəbdəbə vergisindən azad olacaqlarını bildirib. Ehtimallara görə, bu məsələ Rusiya dövlət dumasının büdcə komitəsində bu gün, 14 noyabr tarixində müzakirə ediləcəkdir.

Motor.ru saytının bildirdiyinə görə, Rusiya hökuməti elektromobil sahiblərinin nəqliyyat vergisindən azad edilməsi məsələsinə əvvəllər də baxıb. Bu məsələ, 2025-ci ilə qədər elektrik nəqliyyatının inkişaf planına da daxil edilibdir.

Bu sənəd haqqında məlumat 2016-ci ildə meydana çıxmışdır. Bizim məmurların Rusiyada qanunvericilik sahəsində baş verən prosesləri diqqətlə izlədiyini nəzərə alsaq, yaxın zamanlarda buna bənzər məsələnin Milli Məclisin müvafiq komitəsində qaldırılacağına ümid etmək olar.