Dünən Soçidə keçririlmiş təsnifat mərhələsinin nəticələri ən çox Ferrari fanatlarını sevindirdi. Scuderia pilotları bu gün ilk cərgədən start alacaqdırlar və bu 2008-ci ilin Fransa Qran Prisindən bu günə əldə edilmiş ilk dubldur.

Artıq cümə və şənbə günü keçirilmiş sərbəst yürüşlərin nəticələri Ferrari pilotlarının Rusiyada müəyyən üstünlüyü malik olduğunu göstərirdi. Lakin, heç kim Mercedes pilotlarını hesabdan silmək fikrində deyildir. Adətən onlar cümə və şənbə günü güclü nəticələr qeydə almasa da sıralamalarda müəyyən üstünlüyə malik olurdular. Hətta, bir çoxları yenə də Mercedes pilotlarının sürətlərini «gizlətdiklərindən» əmin idilər. Bununla belə, Lyuis Həmilton Mercedes’lərin Ferrari’lərdən geri qaldığını söyləsə də bir çoxları ona inanmırdılar. Hətta, Fettel də Mercedesin sıralamalarda həqiqi sürətini göstərəcəyini bildirmişdi. Bildiyimiz kimi, Pirelli keçən ildən fərqli olaraq Soçiyə ən yumşaq tərkibləri gətirmişdir və Ferrari pilotlarının şinləri optimal temperatura çatdırmaqda çətinlik çəkmədikləri aşkar görünürdü.

Elə ilk seqmentdə də SuperSoft təkərləri ilə trekə yalnız Ferrari bolidlərinin çıxması bunu təsdiqləyidri. 

Beləlklə, sıralama turlarının ilk seqmenti sürprizlərlə bol oldu. İlk seqmentin 18-ci dəqiqəsində dördüncü döngədəki daxili səkiyə çıxan Palmerin Renault bolidi birbaşa divara yönəldi. Bundan başqa, seqmentin sonunda Verlyayn da (Sauber) idarəetməni itirərək trekdən çıxmış oldu. Lakin, alman pilotun bəxti gətirdi və bolid zərər görmədi. İlk seqmentdə sıralamanı tərk edən pilotlar Palmer, Vandorn, Verlyayn, Eriksson və Qrojan oldu. Romenin son cəhdi isə sarı bayraqlar üzündən korlanmış oldu. İkinci seqmentdə artıq bütün pilotlar UltraSoft təkərlərini taxmağa üstünlük vermişdirlər. Seqmentin ilk anlarında Mercedes pilotlarının üstünlüyü ilə keçdi və bir çoxları Fettelin yanılmadığından əmin idilər. Bottas Rəyykonendən 0,4 saniyə, Həmilton isə Fetteldən 0,3 saniyə yeyindirlər.

Finala çıxmayan pilotlat isə Sayns, Stroll, Kvyat, Maqnussen və Alonso oldu.

Üçüncü seqmentdə pilotlar şinləri qızdırmaqla başlayaraq əsas cəhdlərini son dəqiqələr saxlamağı planlaşdırırdılar. İlk olaraq Rəykkonen 1.33,253 zamanla protokola başçılıq etdi. Fettel isə, ikinci cəhdində 1.33.194 zamanı qeydə alaraq komanda yoldaşını iki yerə gerilətdi.

Bu dəfə Mercedes pilotları poulu almaq şansından məhrum idilər - Bottas yalnız üçüncü, Həmilton isə dördüncü ola bildi. Bu yarışı Rikkardo beşinci, Massa - altıncı, Ferstappen - yeddinci, Hülkenberq - səkkizinci, Peres - doqquzuncu, Okon isə onuncu yerdən başlayacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt