Bu gün Soçidə keçirilmiş dördüncü Rusiya Qran Prisinin qalibi Mercedes komandasının fin pilotu Valteri Bottas olmuşdur. Bu fin pilotun karyerasındakı ilk qələbəsidir.

Valteri Bottası möhtəşəm startı ilə ilk qələbəsinin əsasın qoymuş oldu. Fettelin ardından yarışı başlayan pilot ilk döngəyə hər iki Ferrari pilotunun önündə lider girməyi bacardı. Qeyd etmək lazımdır ki, bundan sonra möhtəşəm pilotaja imza atan finlyadiyalı Fettel ilə arasını açmağa başladı.  Sebasytan isə nə qədər çalışsa da Bottasın «aradan çıxmasına» mane ola bilmədi. Yarışın ilk anlarında, ikinci döngədə Palmer və Qrojan arasında baş vermiş qəzadan sonra trekə təhlükəsizlik avtomobili çıxdı. Restartda Fettelin Valteriyə hücum etmək şansı olsa da, fin pilot nəinki buna imkan vermədi, hətta alman pilotdan sürətlə uzaqlaşmağa başladı və artıq 10-cu dövrəyə üstünlüyünü üç saniyəyə çıxardı. Fettel öz növbəsində Rəykkonendən, Kimi isə Həmiltondan uzaqlaşmağa başladı. Maks Ferstappen isə beşinci yerə qalxmağa müvəffəq oldu.

Hollandiyalı pilotun komanda yoldaşı Dəniel Rikkardo altıncı dövrədə sağ arxa əyləcin sıradan çıxması səbəbindən yarışı tərk etmiş oldu.  

Yarışın 28-ci dövrəsində başlayan ilk pit-stopların öncəsində Bottas ilə Fettel arasında olan zaman beş saniyədən 2,5 saniyəyə qədər azalmış oldu. Liderlərdən pit-stopa birinci yollanan məhz fin pilot oldu. Ferrari strateqləri isə Fettelə trekdə qalmağı məsləhət gördülər. Bottasdan iki dövrə sonra onun həmyerlisi Rəykkonen pit-stopa yollandı. Fettel isə pit-stopu maksimum gecikdirsə də, 35-ci dövrədə pit-stopa yollanmalı oldu. Pit-stopdan sonra o Bottasın arxasında 4,7 saniyə fərqlə çıxdı. 

Pit-stopdan sonra Fettel daha təzə şinlər sayəsində fin pilota yaxınlaşmağa başladı. Bottasın vaxt itirməsinin əsas səbəbi döngələrin birində əyləcləmə zamanı təkəri qapataraqı «kvadratlatması»  oldu. Yarışın bitməsinə on dövrə qalmış iki lider arasında iki saniyədən az bir fərq vardı.

Bununla belə, Fettelin Bottasa yaxınlaşmaq cəhdləri bəhrəsini vermədi və onlar son dövrəyə 0,7 saniyə fərqlə yollandılar.

Bottas finlərə xas olan təmkini qoruyub-saxlayaraq və səhv buraxmayaraq alman pilota hücum şansı vermədi. Beləliklə, fin pilot 82-ci Qran Prisində ilk qələbəsini əldə etmiş oldu. Fettel də ikinci gəldiyindən heç də məyus deyildi. O, əsas rəqibi Həmiltonla xal fərqini 13 xala çıxarmış oldu.

Üçüncü yerdə Həmiltonla 10 saniyə fərqə malik olan Kimi Rəykkonen finiş gördü. Həmilton Bakıda keçirilmiş Qran Pridən sonra birinci dəfə ilk üçlükdən kənar qaldı. İlk onluğu tamamlayan pilotlar Ferstappen, Peres, Okon, Hülkenberq, Massa və Sayns oldu.

Rusiyadakı Qran Pridən sonra konstruktorlar kubokunda Mercedes 136 xal toplayaraq bir xalla Ferrari’ni üstələyir. Üçüncü yerdə 57 xalla Red Bull, dördüncü yerdə isə 31 xalla Force İndia qərarlaşmışdır. Pilotlar çempinatına 86 xalla Sebastyan Fettel liderlik edir. Onu 73 xalla Həmilton və qələbəsi sayəsində 63 xal toplayaraq üçüncülüyə yüksələn Bottas təqib edirlər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt