Moskvalı 42 yaşlı iş adamı Aleksand Malışev Mirror Provocator adlı yığcam şəhər avtomobilin layihəsini hazılamışdır. Ən maraqlısı oldur ki, layihə müəllifi avtomobil sənayesinə heç bir aidiyyatı yoxdur. Layihəni «Драйв» nəşrinin redaksiyasına göndərən Malışev SmartFortwo avtomobilin əvvəlki nəsli ilə eyni uzunluqda olan dörd sərnişin daşıya biləcək avtomobilin layihəsinin maraqlı olan istehsalçıya satmaq istədiyini bildirmişdir.
Kompakt avtomobilin uzunluğu 2695 millimetr, eni - 1980 millimetr (yan güzgülərsiz), hündürlüyü isə 2045 millimetrdir. Göründüyü kimi, Aleksandrın təklif etdiyi avtomobil adı çəkilən SmartFortwo avtomobilindən enli və hündürdür.
Şəkillərdən də göründüyü kimi, avtomobilə giriş, ölçüsü 170x60 santimetr olan yana hərəkət edən arxa qapıdan da mümkündür. Avtomobilin açılan yan qapıları isə, qəza zamanı evakuasiya üçün nəzərdə tutulmuşdur.
Avtomobilin kuzovunun sərtliyini təmin etmək üçün onlar hündürdə yerləşdirilmiş və «təhlükəsizlik qalxanı» rolunu oynayan güc elementləri ilə təchiz edilmişlər. Bundan əlavə, layihə avtomobildə 12 ədəd təhlükəsizlik yastığının quraşdırılmasını nəzərdə tutur. Lakin buna baxmayaraq, yan tərəfdən zərbə zamanı sərnişinlərin müdafiəsi çox zəif səviyyədədir.
Avtomobilin oturacaqlarının yerləşməsi də maraqlıdır - onlar mərkəzi keçiddən yan tərəfdə yerləşdirilmişdir. Təklif edilən avtomobil əslində ramalı konstruksiyaya malikdir və onun kuzovu isə, təkrar emal prosesində əldə edilən materiallar da daxil olmaqla polimerlərin kombinasiyasından hazırlana bilər. Bununla bərabər, mərkəzi keçiddən baqajın daşınması üçün də istifadə oluna bilər.
Avtomobilin güc aqreqatına gəldikdə isə, müəllifin fikrincə bu iş həcmi 1,5-litrə qədər olan üç silindirli istənilən mühərrik ola bilər. Sürətlər qutusu seçimi də sərbəstdir. Müəllifin fikrincə avtomobilin baza qiymətinin 3500 - 4500 avro səviyyəsində olması çox realdır. Bununla belə, Malışev avtomobilin istehsalı barədə düşünmür - məqsəd lisenziya satışıdır.