Rusiyadan olan TopCar tününiq atelyesi, Cenevrə avtomobil salonunda atelye mütəxəssisləri tərəfindən hazırlanmış Mercedes-Benz GLE-Class Coupe modelini nümayiş etdirəcəyini bildirmişdir. Tüninq aləmində yeni olan bu atelye ilkin olaraq, krossover üçün nəzərdə tutlmuş kuzovun aerodinamil elementlər dəstini təklif edir. Onlar bu dəsti İnferno adlandırmışdırlar. Avtomobilin texniki cəhətdən dəyişikliklərə məruz qalıb-qalmadığı bildirilməmişdir.
Təklif edilən tüninq dəstinin tərkibinə yeni bamperlər, radiator barmaqlığı, ön və arxa təkər tağlarının genişləndiriciləri, kuzovun kandarı üçün örtmələr, arxa qapıdakı əlavə havalandırma dəliyi, arxa diffuzor, həmçinin ön və arxa spoylerlər daxildir.
Ruslar bu dizayn dəstini elementlərini karbondan da hazırlamağı təklif edirlər.
Bu halda dəstin dəyəri 1,11 milyon rubl təşkil edir ki, bu da 24 min manata ekvivalentdir. Karbondan istifadə edilmədən hazırlanmış dəstin dəyəri isə 902,8 min rubldur ki, bu da 19,5 min manat təşkil edir.