“Saab Planet” nəşrinin məlumatına görə, adı açıqlanmayan iş adamı, Saab brendinin sahib olan NEVS konsorsiumundan Emily GT elektromobilinin hüquqlarını satın alıb. İndi perspektivli modelin yaradılması üzrə yarımçıq qalmış layihənin reallaşmaq şansı var: tam başa çatmayan sövdələşmənin şərtlərinə əsasən, Emily GT modelinin istehsalı İsveçin Trollhettan şəhərindəki keçmiş Saab zavodunda təşkil olunmalıdır.
Məlumdur ki, Saab brendinin sahib olan National Electric Vehicle Sweden (NEVS) konserni qış rejiminə keçməmişdən, işçilərinin 95 faizini ixtisar etməmişdən və faktiki olaraq fəaliyyətini dayandırmamışdan əvvəl perspektivli Emily GT elektromobilinin istehsalına başlamağı planlaşdırılırdı. Bu ilin yazında modelin rəsmi görüntüləri ortaya çıxmış və onun həm sedan, həm də kabriolet formasında bazara çıxacağı məlum olmuşdu.
Emily GT modelinin təxminən 650 at qüvvəsi hasil edən dördmühərrikli elektrik güc qurğusu (təkərlərin hər birində 121 at qüvvəli elektrik mühərrikinin quraşdırılması nəzərdə tutulub) bəyan olunub. Batareyanın tutumunun 175 kilovat-saat olması nəzərdə tutulurdu - bu tutum WLTP dövründə 948 kilometrlik yürüş üçün kifayət etməli idi. Bununla belə, NEVS, 490 və 650 at qüvvəsinə malik olan güc qurğusu ilə təchiz edilmiş modifikasiyaları buraxmağı da planlaşdırırdı.
Elektrik idman avtomobilinin görünüşü üzərində eksteryer dizayneri Hiraşiem Razagi işləyib. Bu günə qədər onun işləri arasınnda Volvo Trucks, Hyundai, Lotus, Infiniti, Bugatti, Lynk & Co və Ford modelləri olub. Dizayn üzərində işləmək üçün kənar Plint Marketing şirkəti də cəlb olunub. Rəsmi şəkillərdən də göründüyü kimi, Emily GT elektrokarı Saab 9-5 Aero modelinə bənzəməli idi.
insideevs.com saytının qeyd etdiyi kimi, Emily GT konveyerə çıxarsa, o, Saab brendini daşımayacaq - çünki bu brend NEVS konserninə məxsusdur və istifadə oluna bilməz. “Saab Planet” nəşri yeniliyin ala biləcəyi bir neçə brend variantını sadalayıb: Sonett, Gripen, Saablar və Anamma onların arasındadır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.