Lincoln və Shinola şirkətləri amerikan avtomobil brendinin 100 illiyi şərəfinə məhdud sayda buraxılacaq qol saatlarını hazırlayıblar. Kolleksiyaya Shinola Runwell Sport Chronograph xronoqrafı və çəhrayı qızılla bəzədilmiş Runwell Automatic qol saatı daxildir.

Yubiley saatları adi Shinola modellərindən siferblat və qayışdakı Lincoln loqotipları, həmçinin taxtadan hazırlanmış hədiyyə qutusu ilə fərqlənirlər. Saatın hər bir versiyası 500 nüsxəlik tirajla buraxılacaqdır.

Amerikan aksessuar istehsalçısı olan Shinola şirkəti və Lincoln markası artıq uzun illərdir ki, əməkdaşlıq edirlər. Məsələn, 2021-ci ildə Kaliforniyada keçirilən Pebble Beach Concours d'Elegance müsabiqəsində tərəfdaşlar  dəri, zamşa və tekstildən hazırlanmış orijinal interyer tərtibatı olan konseptual Lincoln Aviator Shinola Concept ofrouderini təqdim ediblər.

Yubiley seriyasından olan hər iki saat arxa qapaqlarındakı “Lincoln Est. 1922" oyma naxışı, habelə siferblat və qayışdakı Lincoln loqotipləri ilə seçilirlər. Avtomatik qurulan Runwell Automatic daha sadə görünür: onun korpusu cilalanmış “paslanmayan poladdan” (Runwell Sport xronoqrafında da) hazırlanıb, siferblatı isə, qara perqamentdən tekstura və çəhrayı qızıldan rəqəmlər ilə bəzədilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xronoqrafda qiymətli metaldan əqrəblərdə və bezel dekorasiyası üçün də istifadə olunur. Saatlar Argonite 5050 kvars və 38 saatlıq gediş ehtiyatı olan mexaniki Sellita SW200-1 38 mexanizmlərinə malikdirlər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.