Force India komandasının əməliyyat direktoru Otmar Safnauer belçika Qran Prisində Serxio Peres və Esteban Okon arasında baş verənləri çox sərt şəkildə şərh edib.

Yarışda meksikalı və fransız Eau Rouge döngəsinə çatmamış iki dəfə toqquşublar. İkinci hadisədən sonra Peres yarışdan kənar qalmış, Okon isə doqquzuncu olaraq finiş görmüşdü. "Bu ana qədər biz onlara mübarizə aparmağa icazə verirdik.

Əgər onlar, bununla belə, komandanın maraqlarını qoruya bilməyəcəklərsə, demək bundan sonra biri-biri ilə mübarizə apara bilməyəcəkdirlər", - Safnauer Sky Sports F1 kanalına müsahibəsində bildirib.