Volkswagen şirkətində təcrübə keçən şagirdlər Wörthersee festivalında nümayiş etdiriləcək daha bir layihəni təqdim etmişdirlər. Bu dəfə alman şirkətinin usta köməkçilərinin yaradıcılıq obyekti «bərkgedən» Volkswage Golf R Variant modeli olmuşdur. Golf R Variant Performance 35 adını almış konsept 350 at qüvvəsi olan turbomühərriklə hərəkətə gəlir. Volkswagen şirkətinin Saksoniyadakı müəssisəinin səyirdləri avtomobilin kuzovunu qımızı və kvarsit boz rənginə boyamışdırlar. Bundan başqa, yaradıcı kollektiv avtomobili yüngül ərintilərdən hazırlanmış təkər diskləri və qırmızı rəngli supportları aydın görünən güclü əyləc mexanizmləri ilə təchiz etmişdirlər.
«Qaynar» universalın salonunda da ciddi dəyişikliklər edilmişdir. Buna misal olaraq, dəbdəbəli Rolls-Royce avtomobillərində rast gəldiyimiz ulduzlu səma təsvir edilən tavanı göstərmək olar. Bundan başqa, Saksoniyalı şəyirdlər avtomobili 12 dinamiki və 2500 vatt gücü olan audiosistemlə də təchiz etmişdirlər.
Əlavə olaraq, universal elektriklə hərəkətə gələn xüsusi baqaj bölümü ilə təchiz edilir ki, bu bölümdə də avtomobilin rənginə uyğun olaraq boyanmış P35 uşaq velosipedi yerləşdirilmişdir.
Volkswagen Golf R Variant Performance 35 konsepti 350 at qüvvəsi gücü olan 2,0-litrlik turbomühərriklə, altı pilləli robotlaşdırılmış sürətlər qutusu və 4Motion tam ötürməli çəkiş sistemi ilə təchiz edilir. Avtomobil 100 km/saat həddini 5,1 saniyəyə toplayır. Universalın maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.