Shelby şirkətinin Ford Mustang GT modeli üçün hazırlanmış tüninq proqramının təqdimatından bir müddət keçmiş, digər amerikalı tüninq atelyesi olan Saleen şirkəti hazırladığı «qaynar» kupeni nümyiş etdirmişdir.
Saleen 30-Year Commemorative Edition Mustang kimi uzun-uzadı ada malik olan avtomobil, SCCA/ESCORT Endurance yarışlarında əldə edilmiş qələbənin 30 illik yubileyinə həsr edilmişdir. 1987-ci ildə Saleen ən yaxşı istehsalçı, komanda, pilot və yarış təkərlərinin təchizatçısı adına layiq görülmüşdür.
Atelye mütəxəssisləri kompressor tətbiq etməklə, 5,0-litrlik V8 mühərrikinin gücünü 730 at qüvvəsinə qədər artırmışdırlar. Bundan başqa, tüner General Tire şirkəti ilə yenidən əməkdaşlığa başlamışdır ki, bunun sayəsində də avtomobil yeni buraxılış sisteminə sahib olmuşdur. Eyni zamanda, avtomobil arxa oturacaqlardan məhrum olmuş, böyüdülmüş radiatoru, təhlükəsizlik karkasını və yarış kəmərlərini əldə etmişdir.
Avtomobilin ağ rəngli kuzovu qara və sarı zolaqlarla bəzədilmiş və ağ rəngli təkər diskləri quraşdırılmışdır. Kupe həmçinin Racecraft asqısı ilə də təchiz edilmişdir. Xüsusi versiyanın istehsalında sentyabr ayında başlanacaqdır.