Cənubi Koreyanın Samsung şirkəti, motosiklet və skuterlərə quraşıdırılması nəzərdə tutulan, «ağıllı» küləyə qarşı şüşənin layihəsinin hazırlandığı barədə məlumatı təqdim etmişdir. Yeni texnologiya smartfonların məlumatlarının şüşədə göstərilməsini təmin edir. Küləyə qarşı şüşənin əsasında işıqsaçan element quraşdırılmışdır ki, bu element sayəsində də məlumat mobil qacetdən şüşəyə proyeksiya edilir.
Birləşmə xüsusi hazırlanmış əlavə və Wi-Fi naqılsiz şəbəkəsi vasitəsi ilə həyata keçirilir. Samsung Smart Windshield rayderə naviqatordan istifadə etməyə, həmçinin, mətnli ismarıclar və daxil olan zənglər haqqında məlumat almağa yardım edəcəkdir.
Mühəndislərin söylədiyinə görə, bu sistem motosiklet sürməyi daha asan edəcəkdir, belə ki, rayderin diqqəti yayınmacaq və sukanı buraxmaq məcburiyətində qalmayacaqdır.
Samsung Smart Windshield sistemi hələlik işlənmə mərhələsindədir. Yeni sistemin nə zaman satışa çıxarılacağı Samsung şirkəti tərəfindən açıqlanmamışdır.