Lexus şirkəti Milad bayramında maraqlı bir videoçarx dərc edib. Çarxda Santa-Klausun istəyənləri Lexus RC-F GT3 yarış kupesində ABŞ-dakı Willow Springs avtodromunda gəzdirdiyi göstərilmişdir. Bü tədbirin keçirilməsi sayəsində istehsalçı xeyriyyə məqsədlərinə 100 min dollar vəsait köçürmüşdür.
Santa-Klaus rolunda çıxış edən NASCAR, Trans-Am və Grand-Am seriyalarında çıxış edən Skott Pruett olmuşdur.
Sərnişinlərə isə, trek ilə yeyin dövrə müddətində uşaqların Milad bayramında almaq istədikləri hədiyyələrin siyahısını oxumaq lazım idi. Hər oxunan sətir üçün Lexus, xeyriyyəçiliyə yönəldilən ümumi məbləğə min dollar əlavə etmişdir. Əldə edilən vəsait 1947-ci ildən fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı olan Toys for Tots təşkilatına köçürüləcəkdir.
Təşkilat bayramlarda uşaqlarına hədiyyə almaq imkanı olamayan ailələrə yardım etməklə məşğuldur.