Artıq bir neçə gündür ki, Audi şirkəti Şanxay üçün hazırladığı konseptin video tizerlərini yaymaqla məşğuldur. Bu gün isə, almna istehsalçısının mətbuat xidməti konseptin adını açıqlamış və onun sketçlərini, həmçinin yeni tizerlərini dərc etmişdir.
Audi şirkətinin mətbuat xidmətinin bildirdiyinə görə, Şanxay üçün hazırlanmış konseptin adı E-tron Sportback olacaqdır. Adətən Sportbach ad ilə hetçbek modellərinin nişanlanmasına baxmayaraq bu dəfə konsept kupe şəkilli krossover olacaqdır. Dərc edilmiş fotoşəkillərdən göründüyü kimi, krossoverin iki qapılı kuzova malikdir. Bununla belə, qapı sayını hələlik dəqiq demək mümkün deyildir. Bu suala cavabı gələn həftə vermək mümkün olacaqdır.
Dərc edilmiş digər tizerlərdə konseptin ön və arxa işıq texnikası göstərilmişdir. Bu işıqların OLED texnologiyasından istifadə edilərək hazırlandığı da istehsalçı tərəfindən bildirilmişdir. Konseptin teniki xüsussiyyətləti açıqlanmasa da "E-tron" kəlməsi avtomobilin tamamilə elektrik güc aqreqatı ilə təchiz edildiyindən xəbər verir. Bunu avtomobilin arxa hissəsinin tizelərində də buarxılış sisteminin borularının olmaması bunu bir daha təsdiq edir.