Hollandiyada Saoutchik kuzov atelyesini canlandırmaq qərarına gəliblər. Bu atelye 1906-cı ildə Rusiya İmperiyasının təbəəsi Jak (Yakob) Savçik tərəfindən yaradılıb. Artıq səkkiz ildir ki, bu brendin hüquqları Uğur Şahin Design dizayn studiyası ilə sıx əlaqələri olan Saoutchik BV şirkətinə məxsusdur. Adı çəkilən dizayn studiyası hələlik reallaşmayan konseptual superkar layihələri ilə tanınır. Odur ki, Saoutchik 300 GTC modelinin inşa edilib-edilməyəcəyi hələlik sual altındadır.
Avtomobil haqqında məlumat da çox azdır. Alıcıları avtomobil həvəskarları və kolleksiyaçılarının olacağı gözlənilən rodsteri 15 nüsxəlik tirajla buraxmaq istəyirlər. Renderlərki avtomobil orijinal Saoutchik üslubunda olan barokko ruhunda dizayna malikdir – üstəlik, bu layihəni Mercedes-Benz 300 SL modelinə istinad da adlandırmaq olar. Odur ki, yeni layihənin əsasını müasir Mercedes-AMG SL modelinin təşkil edəcəyini gözləmək olar. Avtomobillər Pogea Racing şirkətinin hazırladığı karbonplastikdən kuzova malik olacaq, lakin mühərrik, transmissiya, güc çərçivəsi və elektronika donordakı kimi qalacaq.
SL 55 4Matic+ və SL 63 4Matic+ versiyalarında olan SL modelləri, müvafiq olaraq, 476 və 585 at qüvvəsi hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilirlər. Rodsterin 43 indeksli variantı da var ki, onun dördsilindrli M 139 mühərriki 48 voltluq elektrik sistemi, kəmərlə idarə olunan startyor-generator və sənayedə birinci olan elektrik turbokompressorları ilə təchiz olunur. Çeşidin zirvəsində isə, 816 at qüvvəsi və 1420 Nm fırlanma anına malik olan infernal Mercedes-AMG SL 63 S E Performance hibridi dayanır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.