Sauber komandası, Ferrari komandasının hamilik etdiyi Şarl Leklerin mövsümün qalan hissəsindəki dörd cümə günü yürüşlərində, İsveçrə kollektivinin tərkibində iştirak edəcəyini elan edib.

Moneqask gələn cümə günü Sauber C36 bolidinin sükanına keçəcəkdir.

O, Malaziya Qran Prisinin ilk sərbəst yürüşlərində Markus Erikssonu əvəz edəcəkdir. Lekler həmçinin ABŞ, Meksika və Braziliyada da cümə günü keçiriləcək sərbəst yürüşlərdə iştirak edəcəkdir.

Paddokda gəzən şaiyələrə inansaq, Şarl gələn mövsümdə Paskal Verlyaynı əvəzləməlidir.