Belçikadakı Spa-Frankorşamps trekində ilk qələbəsini qazanan Şarl Lekler Monzada keçirilən təsnifat mərhələsinin qalibi olub. İtalyan pilot Mercedes pilotları Lyuis Həmilton və Valtteri Bottası qabaqlayaraq, yarışa pouldan başlamaq hüququnu əldə edib.
Qeyd etmək lazımdır ki, sıralamanın sonu maraqlı tərzdə bitib. Kimi Rəyykonen Parabolica döngəsində idarəetməni itirərək avtomobilini baryerlərə çırpıb. Son cəhdə yollanan pilotlardan Niko Hülkenberq, Karlos Sayns və Lens Stroll yavaşlayaraq digər pilotları irəli buraxmaq və onların slip-strimindən istifadə etmək istəyiblər. Nəticədə yavaş hərəkət edən pilotlar dəstəsi finiş düzlüyünə sıralamanın bitdiyini bildirən qırmızı işıqların yanmasından sonra yetişiblər. Yarışın stüardları bu hadisəni araşdıracaqlarını bildiriblər.
Leklerin komanda yoldaşı Sebastyan Fettel dördüncülüklə barışmalı olub. Daniel Rikkardo əla çıxış edərək beşinci nəticəni göstərib. Altıncı nəticəni onun komanda yoldaşı Niko Hülkenberq qeydə alıb. Sonrakı yerlərdə Karlos Sayns, Aleks Əlbon, Lens Stroll və üçüncü seqmentdə qəzaya uğrayan Kimi Rəykkonen qərarlaşıblar.