Bu gün keçirilmiş üçüncü sərbəst yürüşlərə yenə də Ferrari pilotları başçılıq ediblər. Şarl Lekler yenə də təcrübəli komanda yoldaşı dördqat dünya çempionu Sebastyan Fetteli üstələməyə müvəffəq olub. İki Ferrari pilotunu 0,198 saniyə ayırıb.

Günün üçüncü nəticəsini Red Bull Racing komandasının holland pilotu Maks Ferstappen göstərib. Hollandiyalı liderə 1,248 saniyə uduzub. Mercedes pilotları dördüncü və beşinci nəticəni göstəriblər. Bu dəfə Valtteri Bottas komanda yoldaşından yeyin olub.

Trekin vəziyyəti yaxşılaşdığına görə pilotlar daha az səhv buraxıblar. Cümə günü baş vermiş ağır qəzalara bu gün təkrarlanmayıb. Avtomobili hazır olan Corc Rassel də sərbəst yürüşlərə qatılıb.