Sauber komandası Williams F1 kollektivindən sonra yeni mövsümdə çxış edəcək bolidi təqdim edən ikinci komanda olmuşdur. Yeni bolidin təsvirləri bu gün Hinvildən olan komandanın rəsmi saytında dərc edilmişdir.

Əlbəttə ki, təqdimatdan öncə hər kəsi düşündürən məsələ Sauber bolidlərinin rəng sxemi idi. Felipe Nasrın komandanı tərk etməsi, avtomatik olaraq onun dəstəkləyən Banco do Brasil bankının da  getməsi demək idi. Həqiqətən də Sauber bolidinin döyüş rəngləri mavi-ag rəngə dəyişmiş, ön spoylerin bir hissəsi ilə qızılı rəngə bolanmışdır. Eyni zamanda, sponsor loqotiplərinin azlığı və Sauberin F1 iştirakının yubileyinə həsr edilmiş «25 il» yazısı da gözdən qaçmır. 

Image alt Image alt Image alt Image alt