Razılaşaq ki, avtomobil istehsalçılarının VİP müştərilərindən sayılan Şaxta baba geniş avtomobil parkına malik olan nadir şəxslərdən biridir. Bu günlərdə onun qarajında bir avtomobil də artmışdır. Belə ki, Britaniyalı lüks avtomobillər istehsalçısı Jaguar şirkəti Şaxta babaya yeniqeyri-adi avtokirşə hazırlamışdır. Bundan əvvəl, Şaxta bab üçün nəqliyyat vasitəsini Lexus, Bentley, Ford, Honda və elə Jaguar Land Rover özü də təqdim etmişdirlər.
Yeni «babamobil» Jaguar F-Type kupesinin bazasında yaradılmışdır. Avtomobilin təkərləri xizəklə, V8 mühərriki isə reaktiv mühərriklər cütlüyü ilə əvəz edilmişdir. Əlbəttə ki, «babamobil» Şaxta babanı məşhur marallarının qırmız burnuna bənzər, müvafiq rəngə boyanmış radiatir barmaqlığı ilə də seçirlir. Bundan əlavə, britaniyalılar «deyingənin» (Şaxta baba nəzərdə tutulur) əksi olan emblemi də nəqliyyat vasitəsinin kapotuna yerləşdirmişdirlər. Məlum məsələdir ki, buzdan düzəldilmiş «babamobilin» hədiyyələr yığmaq üçün geniş yek bölməsi də mövcuddur.
Jaguar Lan Rover şirkəti bu heykəştaraşlıq əsərini, Birləşmiş Krallığın paytaxtında yerləşən London Edition mehmanxanasında quraşdırmaq niyyətindədir. Əlbəttə ki, Şaxta babanın kirşəsi orada tək olmayacaqdır - istehsalçı bununla yanaşı Jaguar və Land Rover modellərinin oyuncaqlarını və pedallı Defender uşaq avtomobilini sərgiləyəcəkdir.