Bu günlərdə Braziliyada Ferrari və Lamborghini superkarlarının saxta versiyalarını istehsal edən müəssisə aşkar olunub. Santa Katarina ştatının polis departamenti İtajai şəhərindəki müəssisədə axtarışı həyata keçirərək, saxta superkarları istehsal edənləri yaxalayıb.
Hüquq-mühafizə orqanları kustar üsulla istehsal edilmiş avtomobillərin sosial şəbəkələrdə edilən sifarişlər əsasında hazırlandığını, onların çatdırılmasının isə, ölkənin istənilən nöqtəsinə həyata keçirildiyini bildiribllər. Qanunsuz istehsalın, adları açıqlanmayan ata və oğul tərəfindən təşkil edildiyi də bildirilib. Onlar saxlanılsalar da, sonrada ölkədən çıxmamaq barədə iltizam verərək, sərbəst buraxılıblar.
Mənbə: ndmais.com.tr
Gizli müəssisədə axtarış zamanı müştərilərə göndərilməyə hazır olan səkkiz «superkar» aşkar edilib. Öz növbəsində, Ferrari və Lamborghini şirkətlərinin nümayəndələri onların məhsullarının qeyri-qanuni yolla sürətinin çıxarılması barədə məhkəmədə iddia qaldırıblar.