Bildiyimiz kimi, Red Bull şirkətinin rəhbərliyi keçən il Scuderia Toro Rosso komandasının adını AlphaTauri-yə dəyişməyə qərar verib. Minardi komandasının alınmasından sonra 14 ildir ki istifadə edilən Toro Rosso adı artıq tarixin arxivinə qovuşur. Bu müddət ərzində komanda qələbə çalmağa, podium qalxmağa və 500 xal toplamağa müvəffəq olub.
Red Bull şirkəti dəbdəbəli geyim markası olan AlphaTauri brendini 2016-cı ildə təqdim edib. Bu ildən başlayaraq, şirkət F1 çempionatının marketinq imkanlarından yararlanmaq qərarına gəlib. Məlum məsələdir ki, Red Bull energetikini artıq əsas komanda kifayət qədər təbliğ edib.
Beləliklə, 14 fevral tarixində Scuderia Toro Rosso bütün social şəbəkələrdə adını Scuderi AlphaTauri-yə dəyişib, axşam isə, Zalsburqdakı Red Bull Hangar 7 pavilyonunda yeni komandanın və AT1 adını almış avtomobilin təqdimatı keçirilib. Tədbirin aparıcısı Dəvid Kulthard olub.
İlkin olaraq, tədbir moda göstərişindən başlayıb. Üstəlik, bu göstərişlər üç hissədən ibarət olublar. Göstəriş zamanı, yeni avtomobilin üzərində ağ örtük olub. AlphaTauri markasının yay kolleksiyasının ardınca qış kolleksiyası nümayiş etdirilib. Üçüncü kolleksiya isə yarış üslubunda olub. Bundan sonra isə, səhnəyə dizaynerlər, pilotlar və komandanın rəhbərliyi çıxıb və avtomobilin üzərindəki örtük götürülüb.
Ağ və tünd göy rənglərdə livreyaya və qırmızı rəngli Honda loqotipinə malik olan avtomobil effektiv görünüşə malikdir. Daniil Kvyat avtomobilin “zərif” görünüşə malik olduğunu bildirib. İtalyan KİV-ləri isə başlıqlarında avtomobili “Elegantissima” adlandırıblar.