Scuderia Cameron Glinckenhaus şirkəti ümumi yollar üçün nəzərdə tutulan yeni superkarı təqdim edib. SCG 004S adını alan superkar ortamühərriklidir və mərkəzdə yerləşdirilmiş sürücü oturacağı olan üç yerli salona malikdir.

Superkar 5,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir ki, bu aqreqat da 659 at qüvvəsi və 720 Nm fırlanma anı hasil edir.

Qırmızı zonası 8200 dəqiqə/dövrədə başlayan mühərrik altı pilləli mexaniki və ya sükanaltı ötürmə dəstəkləri olan avtomatik transmissiya ilə birgə çalışır. Sportkarın dinamik xarakteristikaları açıqlanmayıb. Yeni avtomobilin şassisi və kuzov panelləri karbondan hazırlanıb. Superkarın çəkisi 1179 kiloqramdır. Avtomobilin ön panelində doqquz analoq cihazı quraşdırlıb.

Avtomobilin təchizatına arxa görüntü kamerası, iPhone üçün qoşulma nöqtəsi və telemetriyanın məlumatları əks etdirilən rəqəmsal panel daxildir.

Modelin prototipinin sınaqlarına 2018-ci ilin ortalarında başlanacaqdır.

Superkarın 25 nüsxəlik tirajla buraxılacaq  Founders Edition adlandırılan seriyası, istehsala başlanıldıqdan 18 ay ərzində müştərilərə çatdırılacaqdır. SCG 004S modelinin qiyməti 400 min dollardır. Superkarı sifariş etmək üçün 40 min dollar beh vermək gərəkdir.

Sonradan Scuderia Cameron Glinckenhaus şirkəti SCG 004S modelinin GT3 və GTE/GTLM seriyalarının reqlamentinə cavab verən variantlarını da buraxmağı planlaşdırır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt