Scuderia Toro Rosso komandası Formula 1 iştirakçılarından sonuncu olaraq öz yeni avtomobilini Barselonada təqdim edib.

Yerli vaxtla saat 8:10-da Brendon Hartli və Pyer Qasli STR13 bolidinin üzərindən örtüyü götürərək, yeni avtomobili Barselonadakı avtodromun pit-leynində toplaşmış çoxsaylı jurnalist və fotoqrafların ixtiyarına veriblər. Scuderia Toro Rosso 13 illik tarixində ilk dəfə olaraq Honda mühərriki ilə çıxış edəcəkdir.

Tərəflər bu əməkdaşlığa böyük ümidlər bəsləyirlər.

Xatırladaq ki, keçən həftə italyan komandası Mizanodakı trekdə avtomobilin ilk sınağını keçirib. Avtomobil şeykdaunu heç bir texniki problem olmadan başa vurub. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt