SEAT şirkətinin ilk krossoveri olan Ateca modelinin çap edilmiş şəkillərinin rəngi qurumamış, avtomobil ətrafında söz-söhbətlərin sayı artmağa başlamışdır. Bir çoxlarını maraqlandıran və tez-tez soruşulan məsələlərdən biri yeni krossoverin «qaynar» Cupra variantının istehsal edilib-edilməyəcəyidir. Müəyyən dairələrdə Ateca modelinin Cupra versiyasının Leon Cupra modelindən tanış olan 2.0-litrlik TFSİ mühərriki ilə təchiz ediləcəyi müzakirə edilir. Auto Express nəşrinin yaydığı məlumata görə, artıq ispan istehsalçısının rəhbərləri belə bir avtomobilin buraxılmasının məqsədəuyğunluğu barədə SEAT şirkətinin prezidenti Luka de Meo ilə məsləhətləşmələr aparmışdır.
Şirkət prezidenti modelin təqdimat mərasimində - «Biz hal-hazırda bu barədə müzakirələr aparırıq. Biz çox işlər görməyə qadirik, lakin tam düşünülmüş addımlar atmalıyıq» - deyə qeyd etmişdir. İspan şirkətinin baş dizayneri Alexandro Mesonero da «biz model xəttini genişləndirməyə çalışırıq» deyərək bu məsələyə aydınlıq gətirmişdir.
Teoretik olaraq «qaynar» krossover Leon Cupra modelinin 290 at qüvvəsi olan mühərrikinin 100 at qüvvəsi daha güclü olacaq variantı ilə təchiz edilə bilər. Lakin Ateca modelinin Cupra variantının 190 at qüvvəli 2,0-litrlik dizel aqreqatı ilə təklif ediləcəyi istisna edilmir.
Əgər Audi SQ5 modelinin dizel mühərriki ilə təchiz edildiyini nəzərə alaraqsa, Ateca Cupra modelinin dizel mühərriki ilə təchiz ediləcəyi təəccüb doğurmamalıdır.