Seat şirkəti özünün ilk elektrokrossoveri olacaq el-Born hetçbekini təqdim edib. Avtomobil “süzən” tavan effektini yaradan tündləşdirilmiş arxa dayaqlara və aqressiv dizayna malik olub. Elektrokarın simasına Tesla Model 3 və Cupra Formentor modellərinin tanış cizgilərini görmək olar. MEB modul platformasında inaşa edilmiş elektrokar 2020-ci ildə satışa çıxarılacaqdır.
Seat şirkəti elektrokarın seriya variantının 420 kilometr məsafə qət edəcəyini bildirib. 62 kilovat-saatlıq batareya və 201 at qüvvəli elektromorla təchiz edilmiş el-Born modeli 100 km/saat həddinə 7,5 saniyəyə sürətləncəkdir. Elektrokarın 100 kilovatlıq yükləməni dəstəkləyir və onun batareyasının 80 faizinin doldurulmasına 47 dəqiqə tələb olunur.
Prototip avtomobilin aerodinamik effektivliyini yaxşılaşdıran xüsusi 20-düymlük təkər diskləri ilə təchiz edilib. Seat nümayədələri aerodinamik effektivliyin elektrokar üçün böyük əhəmiyyət kəsb etdiyi və avtomobili yaradarkən estetik cəlbedicilik ilə məhsuldarlıq arasında balansı axtardıqlarını bildiriblər.
Seat el-Born modelinin digər maraqlı cəhəti temperatur rejiminin təkmilləşdirilmiş idarəetmə sistemidir. Bu sistemin tərkibinə daxil olan xüsusi istilik nasosu salonun qızdırılması üçün sərf edilən elektrik enerjisinə qənaət etməyə imkan verir. Belə qənaət nəticəsində elektrokarın yürüş məsafəsini 60 kilometr artırmaq mümkündür. Soyuq ölkələrin sakinləri bu sistemi xüsusi qiymətləndirəcəkdirlər.
MEB platformasında inşa edilmiş Seat el-Born da Volswagen ID hetçbeki kimi sərnişinlərinə geniş salon təklif edəcəkdir. İspan istehsalçısı hər bir sərnişini geniş məkanla təmin edəcəyini bildirib. Salon dizaynına gəldikdə isə, burada “bərkgedən” Cupra Formentor krossoverinin dizayn üslubunda hazırlanmış inetryeri görmək olar. Hər iki avtomobil ümumi salon elementlərinə sahib olsalar da, bəzi elementlərin formasında və yerləşməsində fərqlər mövcuddur. Seat detalları açıqlamasa da, 10-düymlük ekrana malik olan multimedia sisteminin və bir sıra müasir rabitə texnologiyalarının elektrokarın avadanlıq siyahısına daxil olacağı məlumdur.
Seat el-Born elektrokarı ikinci avtomatlaşdırma səviyyəsinə malik olan ADAS kompleksi (sürücüyə elektron yardım sistemləri) və rabitə sistemlərinin genişləndirilmiş dəsti ilə təchiz ediləcəkdir.