Seat şirkəti Born, E-Born və Born-E adlarını qeydiyyatdan keçirib. Bu adlardan biri ispan markasının gələcək elektromobili üçün istifadı ediləcək. Seat emblemini daşıyacaq ilk elektromobil 2020-ci ildə təqdim ediləcəkdir.
AutoExpress nəşrinin bildirdiyinə görə, hər üç ad barselona şəhərinin El Born rayonuna işarə edir. Seat modelinin gələcək elektrokarı Volkswagen şirkətinin elektrik aqreqatı ilə hərəkətə gələn avtomobillər üçün nəzərdə tutduğu MEB modul platformasında inşa ediləcəkdir.
Bu platformada debüt edəcək ilk avtomobil Volkswagen markasını daşıyacaqdır.
Bundan sonra bu platformada öz avtomobilini Audi şirkəti təqdim edəcəkdir. Şkoda markasından sonra isə növbə ispan elektromobilinə gələcəkdir.
AutoExpress nəşri həmçinin Born modelinin Seat şirkətinin ilk elektromobili olmayacağını da bildirib. İspan markasının ilk elektrokarı Mii hetçbekinin elektrik modifikasiyasının olacadır. Bu model 2019-cu ildə debüt etməlidir.