Seat şirkəti MobileWorl Congress mobil sənayesinin sərgisində 5G rabitə standartını dəstəkləyən pilotsuz nəqliyyat vasitəsini nümayiş etdirəcəkdir. Avtomobil-platforma gələcəyin şəhər mikromobilliyinin inkişaf strategiyasının bir hissəsi olacaqdır.
Pilotsuz nəqliyyat vasitəsinin yaradılması 5G Barcelona proqramının tərkib hissəsi olacaqdır. Bu proqramın əsas məqsədi birinci olaraq Avropada beşinci nəsil şəbəkənin tam miqyaslı şəbəkəsinin yaradılmasıdır. Seat şirkəti İspaniyanın telekommunikasiya nəhəngi olan Telefonica ilə birlikdə prototipin sınaqlarını təşkil edəcəkdir. Prototip başqa avtomobillər və infrastruktur ilə ünsiyyət qurmaq qabiliyyətinə malik olacaqdır. Bununla belə, pilot layihəsinin başlanğıc tarixi açıqlanmayıb.