Son altı ay ərzində Volkswagen konserni demək olar ki, bütün C-Class modellərini yeniləyib: ardıcıl olaraq, yenilənmiş Volkswagen Golf, Skoda Octavia, Audi A3 və Cupra Leon modelləri debüt edib. İndi isə, növbə nəhayət Seat brendi altında buraxılan Leon modelinə gəlib çatıb.

Lakin onun modernləşdirilməsi proqramı Cupra brendi altında buraxılan qardaşından daha təvazökar olub. Axı, Seat Leon modelinin xarici görünüşü heç dəyişməyib!  Yeganə yenilik - əlavə ödənişlə təklif olunan daha mükəmməl matrisa fənərləridir. Lakin vizual olaraq yeni fənərlər əvvəlkindən heç də fərqlənmirlər.

Lakin Cupra modelinin ardınca Leon modelinin interyer də təkmilləşdirilib. Ölçüsü eyni qalsa da (10,25 düym), dəyişdirilmiş qrafikaya malik olan yeni cihazlar paneli peyda olub. Baza mərkəzi ekranının ölçüsü 8,25-dən 10,4 düymədək artıb, əlavə ödəniş müqabilində  isə, 12,9-düymlük “televizor” təklif olunur.

İşıqlandırmaya malik olan hər iki multimedia displey artıq qohum modellərdən tanışdır və iqlimə nəzarət sisteminin sensorlu sürgülərini alıb. Nəhayət, mərkəzi konsolun altındakı meydançaya 15 vatt gücündə simsiz enerji doldurma sistemi quraşdırılıb.

Mühərrik çeşidinə də yenidən baxılıb. Bununla belə, Seat Leon, əvvəllər olduğu kimi, yalnız nisbətən az gücü olan versiyalarda (115-dən 204 at qüvvəsinə qədər) təklif olunur, Cupra Leon modeli isə, 150-dən 333 at qüvvəsinə qədər güc variantlarına malikdir.

Üçsilindrli 1.0 TSI turbomühərriki çeşiddən çıxarılıb, onun yerini 6-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan 1,5 TSI “turbodördlük” (115 at qüvvəsi, 220 Nm) alıb. Yeddi pilləli DSG "robot" ilə tandemdə çalışan versiya isə, 48 voltluq startyor-generator (115 və ya 150 at qüvvəsi) ilə tamamlanır.

2.0 TDI turbodizeli yalnız 150 at qüvvəli versiyada saxlanılıb və DSG “robotu” ilə tandemdə çalışır. Çeşidin ən yüksək pilləsində isə, 1,4 TSI aqreqatının əvəzinə 1,5 TSI mühərrikini almış təkrar doldurulan eHybrid versiyası durur, dartma batareyasının tutumu isə, 13-dən 19,7 kilovat/saatadək artırılıb.

Ümumi hasilat dəyişməyib (204 at qüvvəsi, 350 Nm), lakin elektrik rejimindəki yürüş məsafəsi 100 kilometrə qədər artırılıb. Bütün versiyalar ön ötürməlidirlər, 4Drive transmissiyası yalnız Cupra modelinin imtiyazıdır.

Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Seat Leon hetçbek və universallarının Martorel şəhərindəki istehsalına mayın sonuna qədər başlanmalıdır. Yenilənmiş modelin İspaniyadakı satış qiymətləri 24 800 avrodan başlayır.

Seat brendi həmçinin yaxın gələcəkdə Ateca krossoverinin, habelə yığcam Ibiza və Arona modellərinin restaylinqini keçirməyi planlaşdırır. Bütün bunlar və Cupra brendinin uğurları Seat brendinin ölümü ilə bağlı şayiələrin əsassız olduğuna dəlalət edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.