Seat şirkəti Leon ST universalının «bərkgedən» Cupra variantını 300 at qüvvəli turbomühərrik və tam ötürməli çəkiş sistemi ilə təchiz etmək niyyətindədir. Bu barədə ispan istehsalçısının texniki mərkəzinin nümayəndəsi Endryu Çeperdə istinadən «Car» nəşri xəbər yaymışdır.

Seat leon Cupra modeli də 300 at qüvvəli mühərrikə sahib olacaqdır. Bununla belə, hetçbek yalnız öndən çəkiş sistemi ilə təchiz ediləcəkdir. Eyni zamanda, ispan istehsalçısı «qaynar» hetçbekin, 350 at qüvvəli Ford Focus RS modeli ilə rəqabətə girişəcək daha güclü variantını da buraxmaq barədə düşünür. Tam çəkiş sistemi belə bir hetçbekin təchizatına daxil ola bilər.Seat Leon Cupra və Seat Leon ST Cupra modellərinin növəti nəslinin 2017-ci ilin əvvəllərində təqdim ediləcəyi gözlənilir. Həmin ilin sonunda da Leon modeli rəqəmsal cihazlar panelini əldə edə bilər.

Seat Leon modelinin «qaynar» Cupra variantları 2015-ci ilin avqustuna kimi 280 at qüvvəli 2,0-litrlik turbomühərriklərlə təchiz edilirdi. yenilənmədən sonra avtomobil 290 at qüvvəli mühərriklə təchiz edilir.

Bununla belə, 2015-ci ilin may ayında 280 at qüvvəli Leaon ST Cupra modeli Nürburqrinqi 7 dəqiqə 58 saniyəyə qət edərək ən sürətli universal adına layiq görülmüşdür. Əvvəlki rekord isə Audi RS4 Avant modeli məxsus olmuşdur.