Skandinaviya kuzov çempiotanı olan STCC yarışlarında iştirak edən PWR Racing komandası Seat Leon avtomobilinin yarışlar üçün hazırlanmış variantını təqdim etmişdir. Avtomobilin seriya variantı öndən çəkişli olsa da, yarışlar üçün hazırlanmış variant arxadan çəkişli ötürmə ilə təchiz edilmişdir. Bundan başqa, komanda avtomobilin mühərrikini 420 at qüvvəli 3,5-litrlik altısilindirli güc aqreqatı ilə əvəz etmişdir. Yeni güc aqreqatı altı pilləli sekvental öterməli sürətlər qutusu ilə birgə çalışır. İsveçli mütəxəssislər Leon’u özüqapanan differensial və Michelin təkərləri geyindirilmiş 18-düymlük təkər diskləri ilə təchiz etmişlər.

Bunndan əlavə, avtomobil öndə 370 millimetrlik, arxada isə 360 millimetrlik dördsilindirli mexanizmləri olan əyləc sistemi ilə komplektləşdirilir. PWR Racing tərəfindən hazırlanmış Seat Leon həmçinin, yarşlar üçün nəzərdə tutulmuş təhlükəsizlik karkası, iki hava girişləri olan mürəkkəb aerodinamik parçalar dəsti və böyük antiqanadla təchiz olunur. Komanda Seat şirkətinin nümayəndəliyi ilə müqaviləni dörd il bundan əvvəl imzalamışdır. Bundan əvvəl onlar Saab 9-3 avtomobillərində çıxış edirdilər.

STCC çempionatının yeni mövsümü 30 aprel tarixində başlayacaqdır. Çümpionatın qüvvədə olan çempiotu Volvo Cyan Racing komandasının pilotu Ted Borkdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt