Seat şirkətinin Fransa bölməsi Amazon interten portalı vasitəsi ilə avtomobillərə sifarişi qəbul etməyə başlayıb. Bu tədbir ispan istehsalçısının məşhur internet-mağazası ilə birgə reklam layihəsinin tərkib hissəsidir.

Bu reklam aksiyası çərçivəsində Mango təchizat səviyəssinə malik olan 15 ədəd Mii hetçbekinin satışı nəzərdə tutulmuşdur. Seat Mii Mango modeli, adından da göründüyü kimi Mango ispan geyim markasına həsr edilmişdir.

Avtomobili sifariş etmək istəyən şəxs 500 avro beh ödəməlidir. Bundan sonra Seat şirkətinin əməkdaşı onunla əlaqə saxlayaraq, avtomobilin tam dəyərini ödəməyə yardım edəcəkdir. Sifariş edilmiş avtomobil 72 saat ərzində müştərinin göstərdiyi ünvana çatdırılacaqdır. Seat Mii Mango modifikasiyasının satış qiyməti 10990 avro təşkil edir. Xüsusi modifikasiya adi modeldən kuzovunun rəngi və salonun tərtibatı ilə seçilir. Hetçbet 60 at qüvvəsi olan 1,0-litrlik üç silindirli mühərrik və beş pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilir. Bu internet vasitəsi ilə həyata keçirilmiş ilk avtomobil satışı deyil.

Bu ilin yayında Nissan şirkətinin İspaniya nümayəndəsi avtomobili Twitter sosial şəbəkəsi vasitəsi ilə satmışdı. Modelin seçilməsinə və tərtibatına altı gün vaxt sərf edilmiş, müştəri isə avtomobilin üç aydan sonra təhvil almışdı.