Seat şirkəti yeni krossover üçün təklif edilən 133,3 min isim variantından yarımfinala keçən doqquzunu seçib. Gələcək modelin ismi üçün müsabiqəni ispan istehsalçısı iyun ayında elan etmişdi.
Yarımfinala Abrera, Alboran, Aran, Aranda, Avila, Donosti, Tarifa, Tarraco və Teide adları adlayıblar.
Bundan sonra, xüsusi fokus-qruppaya seçilmiş şirkətin müştəriləri xoşladığı ada səs verlməli olacaqdırlar. Finala çıxmış üçlüyün adı sentyabrda keçririlən Frankfurt avtosalonunda elan ediləcəkdir. Sonradan, 12 - 25 sentyabr tarixində istənilən şəxs yeni Seat üçün bəyəndiyi ada səs verə bilər. Qalib gələn ad 15 oktyabrda elan ediləcəkdir. Bu ad markanın yeni krossoverinə veriləcəkdir. Xatırladaq ki, müsabiqə üçün variantlar xüsusi olaraq hazırlanmış saytda 1 – 22 iyun arasında qəbul edilirdi.
Şərtlərə görə, təklif edilən ad İspaniyanın coğrafiyasına aid olmalı və iki dildə asan səslənməli idi.