"Auto Express" dərgisinin bildirdiyinə görə, Seat şirkəti qaynar Cupra modelləri üçün yeni loqotipi qeydiyyata alıb.
Hazırda Cupra modelləri digər modellərdən damalı bayraq təsvir etdirilmiş emblemlərlə seçilir. Çox güman ki, yeni loqotipi irəli sürməklə ispan istehsalçısı "qaynar" modellərə daha çox fərdilik bəxş etmək niyyətindədir.
Görünən odur ki, Seat şirkətində Cupra modellərini ayrı brend kimi ayırmaq və model xəttində olan modellərdən ciddi şəkildə fərqləndirmək istəyir.
Hazırda Cupra modifikasiyası yalnız Leon modelinin hetçbek və universal variantları üçün təklif edilir. Avtomobillər 300 at qüvvəli 2,0-litrlik turbomühərriklə təchiz edilirlər.
Yerindən 100 km/saat sürətini Leon Cupra 5,7 saniyəyə toplayır. Onların maksimal sürəti 250 km/saatdır.Hetçbekdən fərqli olaraq universalı beşinci nəsil Haldex muftasının bazasında yaradılan tam ötürməli sistemlə sifariş etmək olar.
Bütün Cupra modelləri adaptiv asqı, elektron idarəetməli differensial və idarəetmə elektronikasının iş rejimlərinin dəyişilməsi sistemi ilə təchiz edilirlər.
Yaxın zamanlarda daha güclü Leon Cupra R modifikasiyasının və Ateca krossoverinin "qaynar" variantı təqdim edilməlidir. Hələlik bu modellərin yeni loqotipləri əldə edəcəkləri məlum deyildir.