Bildiyimiz kimi, Seat şirkəti yeni nəsil İbiza hetçbekinin növbəti nəslinin kütləvi nümayişini mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçirmək niyyətindədir. Lakin bundan əvvəl, ispan istehsalçı Barselonada avtomobilin təqdimatını keçirməyə hazırlaşır. Bu gün ispan istehsalçısı sabah baş tutacaq təqdimata hazırlıq prosesini nümayiş etdirən videoçarx yayınlamışdır.
Xatırladaq ki, İspan istehsalçısının bestselleri olan Seat İbiza modelinin təqdimat tarixi, bir müddət bundan əəvəl bu modelə həsr edilmiş videoçarxda göstərilmişdir. Qısa videoçarxın sonunda “31 yanvar. Bizimlə qalın” sözləri peyda olur.Hetçbekin yeni nəsil barədə istehsalçı başqa məlumat verməmişdir. Buna baxmayaraq, internet şəbəkəsində Seat İbiza modelinin yeni nəsli haqqında müəyyən məluman yayılmışdır. Ehtimallara görə, avtomobilin əsasını Volkswagen Group’a məxsus olan MQB modul platforması təşkil edəcəkdir. Yeri gəlmişkən, bu arxitekturadan Seat Arona yığcam krossoveririnin yaradılması zamanı da istifadə ediəcəkdir. Çox güman ki, beşinci nəsil Seat İbiza modelinin dizaynı yenilənmiş Seat Leon modelinin üslubunda həll ediləcəkdir.

Seat İbiza modelinin ilk nəslinin istehsalına 1984-cü ildə başlanmışdır.
33 il ərzində istehsalçı bütün dünya üzrə 5,4 milyon ədəd İbiza modeli buraxmış və satmışdır. Bununla belə, ispanlar, hər bir İbiza modelinin Barselonada hazırlandığı və istehsal edildiyi üçün fəxr hissi duyduqlarını bildirmişdirlər.
Bu gün Seat İbiza modeli dünyanın 85 ölkəsində satılır. İspaniyada istehsal edilən avtomobillərin 80% xaricə ixrac edilir.