İspaniyanın Seat şirkəti Paris avtosalonunda kütləvi debüt edəcək yeddi yerli Tarraco krossoverini təqdim edib. Adı ümumxalq səsverməsi ilə seçilən krossover Ateca və Arona modellərindən sonra ispan markasının yolsuzluq üçün hazırlanmış üçüncü avtomobilidir.
Artıq məlumdur ki, Tarraco Kataloniyadakı Tarraqona şəhərinin qədim adıdır. Avtomobilin özünə gəldikdə isə, Seat Tarraco Volkswagen Tiguan Allspace və Skoda Kodiaq modelinin yaxın qohumudur. Çex və alman krossoverləri zahiri cəhətdən bir-birnə bənzəməsə də, Seat Tarraco barədə bunu demək olmaz. İspan krossoveri ön və arxa tərəfdən alman qohumundan fərqlənsə də, yandan baxdıqda qohumluq əlaqələri o dəqiqə üzə çıxmış olur.
Qeyd etmək lazımdır ki, Tarraco ispan markasının yenilənmiş dizayn üslubunu daşıyan ilk Seat modelidir. Yeni üslub altıbucaqlı radiator barmaqlığının, yuxarı qaldırılmış fənərlərin və arxa fənərlər arasında olan zolağın mövcudluğunu nəzərdə tutur. Yan tərəfdəki qurçaq xətti, təkər tağları və kandarlardakı əlavələr Tiguan Allspace modelində olduğu kimidir. Hətta, ön pəncərədəki üçbucaq da qorunub-saxlanılıbdır.
Formal olaraq, Tarraco bu üçlükdə olan ən uzun avtomobildir. Onun qabarit uzunluğu 4735 millimetrdir ki, Tiguan modelində bu rəqəm 4701, Kodiaqda isə 4697 millimetr təşkil edir. Üstəlik, ispan krossoveri ən zəngin təchizata malikdir.
Təqdim edilmiş Style və Xcellence modifikasiyaları standart olaraq işıqdiodlarından fənərlər, səkkiz düymlük ekranı olan multimedia sistemi və kilmat-kontrol ilə təchiz edilir. Adi salon iki oturacaq cərgəsinə malikdir. Əlavə ödənişlə üçüncü cərgəni də sifariş etmək olar.
Avtomobilin baqaj həmi Tiguan Allspace ilə eynidir: 760 - 1920 litr. Yeddi yerli krossoverdə maksimal həcm 1775 litr təşkil edir. Opsiyalar arasında virtual cihazlar paneli də mövcuddur. Eyni paltformada inşa edilən avtomobillərdə olduğu kimi bu displeyin dioqanalı 10,25 düymdür. Lakin, bu displey Seat modellərinə məxsus olan qrafikaya malikdir.
Üstəlik, Tarraco Seat markasının jestlərlə idarə edilən multimedia sisteminə sahib olmuş ilk avtomobilidir. Əlavə avadanlıq siyahısında adaptiv DCC amortizatorları da vardır.
Seat Tarraco modelinin mühərrik çeşidinə 150 at qüvvəli 1,5-litrlik və 190 at qüvvəli 2,0-litrlik TSI mühərrikləri daxil edilibdir. Dizel aşıqləri 150 və 190 at qüvvəsi təklif edən 2,0-litrlik TDI mühərrikindən birini seçə bilərlər. Altı pilləli mexaniki qutu yalnız öndənçəkişli verisyalara quraşdırılır. Tamçəkişli modifikasiyalar isə 4Drive transmissiyası və yeddi pilləli DSG “robotu” ilə təklif edilirlər.
Avropada Seat Tarraco modeli dekabr ayından başlayaraq satılacaqdır. Sonradan avtomobilin mühərrik qamması yeni mühərriklər ilə genişləndiriləcəkdir. Maraqlıdır ki, Tarraco modelini İspaniyada deyil, yeddi yerli Tiguan ilə birlikdə Volfsburqda yığacaqdırlar. Böyük ehtimalla, bizim bazarda Seat Tarraco 2019-cu ilin birinci yarısında debüt edəcəkdir.