Yanvar ayının sonunda Seat şirkəti Leon modelinin dördüncü nəslini nümayiş eydirməyi planlaşdırır. İspan markası bir müddət bundan əvvəl yeni modelin videotizerini dərc etmişdi. Bu gün Seat yeni tizeri dərc etməklə modelin debütünü bir daha xatırlatmaq istəyib. Bu dəfə hədəf olaraq arxa işıq texnikası seçilib.
Seat Leon modelinin növbəti nəsli adaptiv LED fənərlərə, dinamik dönmə işıqlarına və işıqlanan zolaqla birləşən arxa fənərlərə sahib olacaqıdr. Yeni “işıqlandırma konsepsiyasının” tərkib hissələrindən biri, qapoıların açılması ilə birlikdə proyeksiya ediləcək “Hola!” (ispan dilindən tərcümədə “Xoş gördük!”) sözü ilə qarşılama olacaqdır.
Hetçbekin salonunda iri ekranı olan multimedia sistemini, elektron cihazlar panelini və ətraf işıqlandırmasını görmək olar. Bu işqılandırma nazil zolaq şəklində ön panel və qapılardan keçir. Bu texnologiya Seat şirkətinin Martoreldəki texniki mərkəzinin məhsuludur.
İlkin məlumata görə, Leon modelinin mühərrik çeşidinə 1,0 və 2,0 litr arasında iş həcminə malik olan benzin turbomühərrikləri, həmçinin 2,0-litrlik dizel aqreqatları daxil olacaqdır. Bundan başqa, mühəərik çeşidinə qoşulan və “yumşaq” hibridlərin də əlavə ediləcəyi gözlənilir.