Seat şirkəti dördüncü nəsil Leon modelini təqdim edib. Yeni model daha iri ölçülərə, dəyişilmiş salona, hibrid versiyaya və cəlbedici xarici görünüşə sahib olub. Təqdimat zamanı yeni modelin hetçbek və universal kuzovlu versiyaları nümayiş etdirilib. Üstəlik, hər iki kuzovu dərhal FR idman paketi ilə sifariş etmək mümkün olacaqdır.
Yeni Seat Leon modeli yeni nəsil Volkswagen Golf və Skoda Octavia modelləri kimi MQB modul platformasında inşa edilib. Lakin, Leon «qohumu» olan Golf modelindən daha böyükdür: ispan hetçbeki 84 mm uzundur. Təkər bazasının ölçüsünüə görə isə, Leon hetçbek və universalı Skoda Octavia modellərini üstələyib - onun oxlar arasındakı məsafə 2686 mm təşkil edir. Ən Çox uzunluq artımını Leon Sportstourer universalı nümayiş etdirib - sələfi ilə müqayisədə yeni universal 93 mm daha uzundur.
Seat Leon FR
Leon Golf sinifindəki ən «gənc» model olaraq yer alır və dizaynerlər tanınan və cəsarətli bir imic yaratmağa müvəffəq olublar. Yeni Leon ailəsinin əsas xüsusiyyəti işıq texnikasının cəlbedici formasıdır. Diod fənərlər baza təchizatına daxildirlər. Əlavə ödənişlə Leon modelini matrisa tipli ön fənərlər ilə də təchiz oluna bilər.
Modelin daxili konsepsiyası eyni platformada inşa edildiyi Volkswagen Golf və Skoda Octavia modelləri ilə eynidır: qrafikasının dəyişdirilməsi imkanı olmayan virtual 10.25 düymlük cihazlar paneli standart avadanlığa çevrilib, avtomatik transmissiyanın selektor isə elektron joystiklə əvəzlənib.
Bundan əlavə, baza təchizatına elektromexaniki dayanacaq əyləci, mühərriki işəsalma düyməsi və multimedia sisteminin 8,25 düymlük ekranı daxil edilib. Əlavə ödəniş ilə, Leon modelini 10 düymlük sensorlu displeyi, quraşdırılmış SIM kartı, həmçinin səs və jest idarəetmə funksiyaları olan məlumat əyləncə sistemi ilə sifariş etmək mümkündür.
Seat nümayəndələri yeni Leon modelinin əvvəlkindən nəzərəçarpan dərəcədə geniş olduğunu bildiriblər. Məsələn, Leon Sportstourer universalının baqaj bölməsinin həcmi 5% artaraq 617 litrə çatıb. Qeyd etmək lazımdır ki, ispan universalı seqmentin rekordçusu olan Octavia Combi modelindən cəmi 23 litr geri qalır.
Seat Leon Sportstourer
Seat Leon modelinin mühərrik çeşidi Volkswagen Golf heçtbekindən tanışdır. İspan modelini 1,0, 1.5 və ya 2.0 litr iş həcmi olan üç və dörd silindrli benzin və dizel turbo mühərrikləri ilə sifariş etmək olar . Bu aqreqatlar 90-190 at qüvvəsi arasında güc təklif edirlər. Aqreqatlar 7-pilləli DSG «robotu» və ya 6-pilləli yeni mexaniki transmissiya ilə tandemdə çalışırlar. 4Drive tam ötürməsi ilə yalnız 150 at gücü hasil edən 2.0 TDI mühərriki ilə təchiz edilmiş avtomobillər təchiz edilirlər. Bundan başqa, 110 və 150 qüvvəli benzin mühərrikləri 48 voltluq startyor-generatoru ilə təchiz edilə bilər.
Bundan başqa, Seat Leon 130 at qüvvəsi hasil edən 1.5 TGI qaz mühərriki olan modifikasiyada, həmçinin tərkibinə 1.4-litrik benzin turbomühərriki, 6-pilləli «robot» və elektromotor daxil olan hibrid güc qurğusu ilə təchiz edilmiş Leon eHybrid versiyasında təklif edilir. Hibrid qurğunun ümumi hasilatı 204 at qüvvəsidir. İstehsalçının hesablamalarına görə, DYM-ni istifadə etmədən, hibrid Leon 60 km (WLTP) məsafə qət edə bilər.
Satışın ilk günlərindən etibarən, Seat Leon FR idman dəsti ilə təklif ediləcəkdir. Leon FR hetçbek və universalları başqa formalı bamperlər, radiator barmaqlığının naxışı, 17 düymlük təkərləri və asqının idman tənizmləmələri ilə fərqlənəcəkdirlər.
«Qaynar» Leon Cupra haqqında rəsmi məlumat olmasa da, böyük ehtimalla, Leon Cupra modeli Golf GTE və Skoda Octavia RS modellərindən tanış olan 245 at qüvvəsi təklif edən qoşulan hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir.
Seat şirkəti yeni nəsil Leon modelinin istehsalına 1,1 milyard avro sərmayə qoyduğunu iddia edir. Sərmayə qoyuluşu özünü doğrultmalıdır, çünki ispan markasının satışlarının 25 faizindən çoxu Leon modelinin payına düşür. 1999-cu ildən bəri Leon ailəsinin ümumi tirajı 2,2 milyon nüsxəni keçmişdir.
Yeni Seat Leon modelinin Avropa satışlarının başlanması 2020-ci ilin yazına planlaşdırılıb. Hələlik, yeni modelin qiymətləri açıqlanmayıb.