Dünya ralli çempionatına qayıdan 9-qat dünya çempionu Sebastyen Lyob Hyundai pilotu Dani Sordo ilə Meksika Rallisinin liderliyi uğrunda açıq mübarizə aparır.
İlk 10 xüsusi hissənin nəticələrinə görə, iki xüsusi hissədə qalib gələn elzaslı ispaniyalıya 7,2 saniyə uduzur. Sonuncu dəfə Lyob dünya rallisindəki doplarda 2015-ci ilin Monte-Karlo Rallisində qalib gəlmişdir.
Sebastyen Citroen komandasında çıxış edir və komanda yoldaşı Kris Miki, həmçinin Ott Tyanakı qabaqlayır. Estoniyalı 10 dopdan sonra üçüncü, yeddinci və səkkizinci doplarda səhv edən Mik isə dördüncü olub.
Beşinci yerdə liderdən yarım dəqiqə geridə qalan Sebastyen Ojye qərarlaşıb. O, 10-cu dopun qalibi olub. Fransız pilot bir neçə dəfə Andreas Mikkelsenlə mövqeyini dəyişsə də, sonunda onu 1,5 saniyə üstələyib.
Əsl drama çempionatın lideri Tyerri Nyovil ilə baş verib. Beşinci xüsusi hissənin başlanğıcında belçikalının avtomobilində yanacağın təzyiqi azalıb. Nyovil bu problemi qapını acmaqla düzəltmək istəsə də, qapı qəfil bağlanaraq onun əlinə zərbə vurub.