Qüvvədə olan və beşqat dünya çempionu Sebastyen Ojye Korsika Rallisinin ilk gününü qalib olaraq bitirib.
Birinci asfalt rallisini dörd dopundan üçündə qalib gələn fransız pilot yalnız sonuncu dopda rəqibləri irəli buraxaraq dprdüncü olub. Buna baxmayaraq, onun rəqibindən üstünlüyü 33 saniyə təşkil edib. "Şübhəsiz ki, bizim üçün əla gündür, - Ojye təəssüratları ilə bölüşüb. - Lakin, istənilən halda çoxlu vaxt itirə bilmərik".
Günü ikinci tamamıayan pilot Tyerri Nyovil olub. Belçikalı şeykdaunun qalibi olan Kris Miki 5,1 saniyə üstələyib. Sebastyen Lyobun ikinci xüsusi hissədəki qəzasından sonra Kris Citroen komandasının yarışan yeganə nümayəndəsi olub.
İlk beşliyi dördüncü dopda qalib gələn Toyota komandasının pilotu Esapekka Lappi tamamlayıb. O, Elfin Evansı 0,3, Dani Sordonu isə 0,9 saniyə üstələyib. Səkkisinci yer uğrunda mübarizədə Yari-Mati Latvala sonuncu dopda Andreas Mikkelseni qabaqlayıb. İlk onluğu Brian Bufye tamamlayıb.