Sebastyen Ojye Tyerri Nyövilin təzyiqlərinə baxmayaraq, altıncı dəfə ardıcıl olaraq Monte Karlo Rallisində qalib gəlib. Sebastyen Ojye yeni komandasındakı ilk çıxışını qələbə ilə tamamlayıb. WRC çempionatının qüvvədə olan çempionu yeni mövsümün ilk mərhələsində güclü çıxış edərək, dörd gün və 15 xüsusi hissədən sonra Hyundai komandasının pilotu Tyeri Nyövili 2,2 saniyə üstələyib.
Monte Karlo Rallisinin final günündə pilotlar servis parkına qayıtmadan ardıcıl olaraq dörd dopu qət etməli idilər. Bütün heyətlər eyni şin seçimi edərək, doplara ən yumşaq şinləri götürüblər. İlk yarıda Ott Tyanak üstünlüyə malik olub. Eston pilot iki səhər xüsusi hissəsində ən yeyin pilot olub və iki yer irəliləyib. Yari-Matti Latvalanı və Sebastyen Ojyeni üstələyən estoniyalı üçüncü yerə yüksəlib və yarışın sonuna kimi yerini qoruyub.
Final gününün əsas mübarizəsi Nyövil ilə Ojye arasında gedib. Fransız pilot günü lider statusunda başlayaraq, rəqibini 4,3 saniyə üstələyib. Lakin, finişə doğru yaxınlaşdıqca, Sebastyen vaxt itirməyə başlayıb - onun C3 WRC avtomobilinin drossel çəpərciyində problemlər yaranıb.
Sondan ikinci dopda Nyövill ümumi birincilikdə lider arasındakı fərqi 0,4 saniyəyə qədər düşürüb. Bundan sonra yarışın taleyi sonuncu Power Stage mərhələsində müəyyən edilməli idi. Lakin, Ojye özündə güc taparaq Nyövildən 1,8 saniyə uzaqlaşmağa müvəffəq olub. Nyövillə sə, ikinciliklə barışmaqdan başqa çarə qalmayıb.
«Bonus» xüsusi hissəsində qələbəni Kris Mik əldə edib. Toyota pilotu bu hissəni Ojyedən 3,9 saniyə yeyin qət edərək, əlavə beş xal qazanıb. Final hissədə üçüncü nəticəni Nyövil, Ott Tyanak - dördüncü, Teemu Suninen isə, beşinci nəticəni göstərib. Sebastyen Lyöb öz mövqeyini qoruyaraq Yari-Matti Latvalanı irəli buraxmayıb. Döqquzqat dünya çempionu yarışı dördüncü bitirib.
Birinci mərhələdən sonra Ojye çempionata başçılıq edir. O, Nyövili 8 xal üstələyir. Hyundai komandası liderdir, Citroen və Toyota komandasını beş xal qabaqlayır.