Beşqat dünya çempionu Sebastyen Ojye Monte-Karlo Rallisinin ikinci gününü də lider mövqeyində tamamlayıb. Lakin, nahar fasiləsindən sonrakı hissədə onunla təqibçisi Ott Tyanak arasında olan vaxt fərqi iki dəfə azalıb.

Şənbə günü XH9 rəqibi Tyanakı darmadağın edən Sebastyen servis-parka 1 dəqiqə 3 saniyə zaman fərqi ilə yollanıb. Buna baxmayaraq, o növbəti iki xüsusi hissədə ehtiyatlı olmağa üstünlük verib. Nəticədə hər iki XH-də o rəqibinə 15 saniyə uduzub. «Hər şey plan üzrə gedir. Bu günü məhz 30 saniyə fərqlə bitirmək istəyirdim», - XH13-dəki çıxışını şərh edən Ojye bildirib. 

13 xüsusi hissədən sonra Toyota pilotu Yari-Matti Latvala yarışı rahat şəkildə üçüncü yerdə tamamlayıb. Bazar günü bizi dördüncülük uğrunda maraqlı mübarizə gözləyir. Toyota komandasının digər fin pilotu Esapekka Lappini Citroen pilotu Kris Miklə 1,5 saniyə vaxt ayırır. Öz növbəsində Mik Ojyenin komanda yoldaşı Elfin Evansı yaddan çıxarmamalıdır - həmyerlisi odan 20 saniyə geridədir.

Tyerri Nyovil isə, şənbə doplarından sonra yeddinciliyə yüksəlməyə müvəffəq olub. İlk xüsusi hissədəki uğursuzluq belçikalı pilotu podium şansından məhrum edib. İlk beşliyi Brian Bufye, Kreq Brin və Yan Kopetski tamamlayır. Bu gün pilotları 64 kilometr uzunluğu olan dörd xüsusi hissə gözləyir.