Rolls-Royce şirkəti yeni videoçarx dərc etmişdir ki, böyük ehtimalla, burada yeni nəsil Phantom modelinin bir sıra elementləri təsvir olunur. Bunlar mərkəzi konsolun bir hissəsi və “vəcdin ruhu” fiquru olan radiator barmaqlığıdır.
Çarx, eyni zamanda, bu ilin 27 iyul tarixində Londonda keçiriləcək The Great Eight Phantoms (səkkiz böyük “Fantom”) tədbirini reklam edir. Bu tədbir çərçivəsində, Rolls-Royce, 1925-ci ildən başlayaraq bu günə qədər buraxılmış Phantom modellərinin bütün nəsillərini bir yerdə toplayacaqdır. Ehtimallara görə, bu tədbirdə avtomobilin səkkizinci nəsli də nümayiş etdirilə bilər.
Britaniyalılar, növbəti nəsill Rolls-Royce Phantom modelinin "Sedan, Britaniya istehsalçısının gələcək modellərinin əsasını təşkil edəcək yeni alüminium platformasında yığılacaqdır.
Bu modellərin arasında dəbdəbəli avtomobillər istehsalçısının ilk ofroderi olacaq Project Cullinan adı ilə tanınan layihəsi də vardır.
Rolls-Royce şirkətinin BMW şirkətinin təklif etdiyi platformalardan imtina edəcəyi 2015-ci ilin yazında bildirilmişdir. Alüminium platformada hazırlanmış ilk prototipin sınaqları 2016-ci ildə başlamışdır. yeni şassinin sınaqları dünyanın müxtəlif ölkələrində, müxtəlif hava şəraitində həyata keçirlir.dünyanın ən yaxşı avtomobili" olduğunu iddia edirlər.
Dəbdəbəli avtomobilin yeni nəsli 2018-ci ildə işıq üzü görməlidir.