Yeni nəsil Volkswagen Golf modelinin debütünə bir neçə saat qalmış İnternet şəbəkəsində avtomobilin rəsmi şəkilləri peyda olub. Şəkillərdə avtomobilin adi, idman dəstli R Line və qoşulan hibrid olan GTE modifikasiyalarının eksteryer və interyeri təsvir olunub.
Modelin eksteryeri Golf modelinə xas olan cizgiləri qoruyub-saxlasa da, yeni LED işıq texnikasına, kiçik radiator barmaqlığına və səsboğucu sistemin “saxta” çıxış boruları sayəsində qarşımızda səkkizinci nəslin durduğundan xəbər verir.
Hibrid GTE versiyasını aşağı hissəsində iri barmaqlığı olan idman bamperi, işıq texnikası və radiator barmaqlığındakı mavi haşiyələr, sol qanaddakı yükləmə portu, qırmızı əyləc supportları və aerodinamik kuzov dəsti sayəsində ayırd etmək olar. R Line dəsti ilə təchiz edilmiş hetçbek buraxılış sisteminin “həqiqi” tərtibatına, ön bamperdəki qara rəngli elementlərə, radiator barmaqlığında və qanadlardakı R loqotiplərinə sahib olub.
Səkkizinci nəsil hetçbek tamamilə yenilənmiş interyerə sahib olub: fiziki düymələrəin sayı minimum endirilmiş, yeni sükan çarxı, virtual cihazlar paneli və məlumat-əyləncə sistemi quraşdırılmışdır.
Yeni modelin xarakteristikaları açıqlanmasa da, avtomobilin sələfindən iri olduğu bildirilir. Hetçbekin uzunluğu 4280 mm, təkər bazası isə 2840 mm qədər artıb. Əgər bu məlumatlar doğrudursa, təkər bazası 20 sm genişlənmiş olacaqdır.
Modelin rəsmi təqdimatı bu gün keçiriləcəkdir. Səkkizinci nəslin istehsalına ilin sonuna qədər başlanmalıdır. Yeni Golf modelinin satışlarına gələn ilin əvvəlində start veriləcəkdir.