SEMA tüninq sərgisində Timeless Kustoms atelyesi maraqlı bir avtomobil göstərmişdir. Vicious (“Qəzəbli”) adlandırılmış konsept 1965-ci ilin Ford Mustang modelinin əsasında yaradılmışdır. Prototip 1000 at qüvvəli üç kompressorlu mühərriklə təchiz edilmişdir.
Konseptual kupe Art Morrison şirkətinin unikal şassisində yaradılmış və Corvette modelindən alınmış tənzimlənən amortizatorlarla təchiz edilmişdir. Konsept orijinal tavanı qoruyub-saxlasa daha geniş aerodinamik dəsti əldə etmişdir.Kupe Ford Performance tərəfindən hazırlanmış 5,1-litrlik mexaniki kompressoru və iki turbokompressoru, həmçinin MagnaFlow buraxılış sistemi olan səkkiz silindirli mühərriklə hərəkətə gəlir.
Altı pilləli sekvental sürətlər qutusu ilə birləşdirilmiş mühərrikin gücü 1000 at qüvvəsini keçmişdir. Prototip Dodge Viper ACR modeli üçün nəzərdə tutulmuş yarşı şinləri ilə təchiz edilmiş 19-düymlük təkər disklərini və karbon-saxsı əyləc mexanizmlərini əldə etmişdir. Kupenin qırmızı dəri ilə örtülmüş salonunda idman oturacaqlarını, iri sükanaltı ötürmələr dəstəkləri olan Sparco idman sükan çarxını və rəqəmsal cihazlar panelini müşahidə etmək olar.