Las-Veqasda işinə başlamış SEMA tüninq sərgisində Dodge Durango modelinin “qaynar” konseptual versiyası olan Shaker Concept modifikasiyası təqdim edilmişdir. Çoxsaylı eksklyuziv yeniliklər əldə edilmiş ofroder Mercedes-AMG GLS63 modelinə meydan oxumağa qadirdir.

Dodge Durango Shaker konseptini təqdim edən FCA və Mopar nümayəndələri bu avtomobildə Charger, Challenger və Viper modellərində tətbiqini tapmış elementlər quraşdırıldığını bildirmişlər. Konseptual ofroderin mühərrik bölümündə 6,4-litrlik 392 Hemi V8 güc aqreqatı yerləşmişdir. Jeep Grand Cherokee SRT modelində quraşdırılan bu mühərrik 485 at qüvvəsinə malikdir. Güc aqreqatı təkmilləşdirilmiş 8-pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışır.

Dodge Durango Shaker Concept ofroderinin kuzovu xüsusi mavi B5 Blue rənginə boyanmışdır. Bundan başqa, avtomobil “başlığı” olan havalandırmalı kapotu, yüksək məhsuldarlıqlı əyləc mexanizmlərini, daha aqressiv aerodinamik kuzov dəstini, yeni radiator barmaqlığını, unikal 22-düymlük təkər disklərini, arxa diffuzoru və cütlənmiş idman buraxılış sisteminin borularını əldə etmişdir. Konseptual ofroderin salonunda aşağı hissəsi “kəsilmiş” idman sükan çarxını, dəri oturacaqları, Mopar firmasının unikal aksessualarını müşahidə etmək olar.

Dodge Durango Shaker Concept ofroderinin taleyi haqqında məlumat verilməsə də, amerikan istehsalçısının Durango modelinin SRT indeksli “bərkgedən” ofroderini planlarının olduğu məlumdur. Çox güman ki, bu konsept “bərkgedən” ofroderin carçısıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt