Dodge şirkəti bu gün Las-Veqasda işinə başlamış SEMA tüninq sərgisində 1971-ci ilin Challenger modelinin bazasında yaratdığı konsepti nümayiş etdirib. Mopar bölümünün mütəxəssisləri tərəfindən hazırlanmış Dodge Shakedown Challenger konsepti XXI əsrin standartlarına tam uyğunlaşdırılmışdır.

Mopar və Dodge mütəxəssisləri klassik avtomobilin kuzovu yerləşdirilmiş unikal platformanı hazırlamışdırlar.  Konsept idman asqısını, təhlükəsizlik karkasını, Challenger Hellcat kupesində və Charger Hellcat sedanındakı əyləc mexanizmlərinin bənzəri olan Brembo mexanizmlərini əldə etmişdir.

Dodge Shakedown Challenger  kupesi 485 at qüvvəsinə malik olan 6,4-litrlik V8 mühərriki ilə təchiz edilmişdir.

Güc aqreqatı Dodge Viper modelindən alınmış altı pilləli mexaniki sürətlər qutusu ilə komplektləşdirilmişdir. Bundan başqa, konsept, Viper modelindən sükan çarxını və Katzkin dərisi və alkantara ilə üzlənmiş idman oturacaqlarını almışdır. İnteryerin tərtibatında karbondan istifadə edilmişdir.

FCA ittifaqına daxil olan Ram, Jeep və Chrysler də SEMA üçün öz layihələrini hazırlamışdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt