Hyundai şirkəti Las-Veqasda keçirilən SEMA tüninq sərgisinin çərçivəsində yığcam Hyundai Tucson krossoverinin Night indeksini almış xüsusi versiyasını təqdim etmişdir. Avtomobil bir sıra eksklyuziv həll yollarını əldə etmiş və məhdud sayda tirajla buraxlacaqdır.
Xüsusi seriyadan olan avtomobilin satışları bu ilin sonunda başlanacaqdır. Hyundai Tucson Night variantının təqdimatı zamanı, Cənubi Koreya şirkətinin nümayəndələri avtomobilin öz fərdiliyini göstərmək istəyən müştərilərə ünvanladığını bildirmişdirlər. Xüsusi seriyadan olan avtomobillər adi krossoverlərdən qara rəngə boyanmış 19-düymlük RAYS diskləri və panoram tavanla fərqlənir. Bundan başqa, krossover tündləşdirilmiş şüşələrlə və güzgülərin qara rəngli korpusları ilə təchiz edilir.
Hyundai Tucson Night modelinin salonunda alüminium qarışığı ilə örtülmüş pedalları, dəlikli dri ilə üzlənmiş idman sükan çarxını və işıqdiodlarından işıqlandırmanı görmək mümkündür. Müştərilərə təqdim edilən dörd (Coliseum Gray, Caribbean Blue, Dazzling White və Black Noir Pearl) rəngdən birini seçmək təklif olunur. Krossover 175 at qüvvəsi və 264 Nm fırlanma anı olan 1,6-litrlik turbomühərriklə təchiz edilir. Koreyalılar xüsusi variantın həm öndən çəkiş, həm də tam çəkiş sistemi ilə təklif ediləcəyini bildirmişlər.