Bu il keçirilən SEMA tüninq sərgisində klassik avtomobillərdən gen-bol istifadə edilmişdir. Buna misal olaraq, Dodge şirkətinin təqdim etdiyi Sakedown Challenger və Jeep şirkətinin hazırladığı CJ66 adlı ofroderi göstərmək olar.
Bu layihənin yaradılmasında Jeep CJ modelindən və digər iki Wrangler modelindən istifadə edilmişdir. Mopar şirkətinin mütəxəssisləri klassik CJ modelinin kuzovunu Jeep Wrangler TJ modelinin şassisinə quraşdırmışdırlar.
Bundan əlavə avtomobil Wrangler JK modelindən götürülmüş bamper, kapot və fənərləri əldə etmişdir. Bundan əlavə, avtomobil arxa qapıdakı zəncirlərlə, kapotdakı qıfıllarla bəzədilmişdir. Ofroder Dodge Viper modelindən götürülmüş ön oturacaqları almışdır.
Eyni zamanda avtomobil güclü yolsuzluq şəraitində hərəkət etmək üçün gərək olan avadanlıqla da təchiz edilmişdir. Bunlara misal olaraq ön bamperin altında yerləşdirilmiş bucurqadı və şinlərin doldurulması sistemini göstərmək olar. Bundan başqa, ofroder ön və arxa differensialın qapanması mexanizmlərini , boru karkası, yan kandarları və 35-düymülük yolsuzluq şinlərini əldə etmişdir. Kuzova bərkidilmiş V8 loqotipləri, avtomobilin kapotunun altında 383 qüvvəli 5,7-litrlik Hemi mühərrikinin yerləşdiyindən xəbər verir. Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır.