Kia şirkəti Las-Veqasda keçirilən SEMA tününiq sərgisinə Sorento krossoverinin konseptual variantını təqdim etmişdir. Ski Gondola adını alnış krossoverin fərqli cəhətlərindən biri təkərlərin əvəzinə quraşdırılmış Dominator Rubber Tracks tırtıllarına mənsub olmasıdır. Bundan əlavə, krossover avtonom idarəetmə sistemini də əldə etmişdir.
Krossover kuzovun mərkəzi dayağından məhrum olmuşdur. Bunun sayəsində, Kia şirkətinə layihəni hazırlamaqda kömək etmiş LUX Motorwerks mütəxəssisləri avtomobilin arxa qapılarını hərəkətin əksi istiqamətinə açılan etmişdirlər. Bundan başqa konsept, damda quraşdırılmış baqajla, əlavə işıq texnikası və xizəklər üçün bərkitmə nöqtələrini ilə təchiz edilmişdir. Avtomobilin interyeri də xüsusi tərtibata malikdir ki, avtomobilin ön oturacaqları əks istiqamətdə quraşdırılmışdır. Kia Sorento Ski Gondola konsepti ilə yanaşı, Kia şirkəti Las-Veqasa Niro, Soul və Sedonia avtomobillərinin bazasında hazırlanmış layihələri də gətirmişdir.