Mazda şirkəti Las-Veqasda işinə başlamış SEMA tüninq sərgisində Mazda MX-5 modelinin bazasında hazırlanmış iki modeli təqdim etmişdir. Bunlardan birincisi MX-5 Dpeedster Evolution adlandırılır ki, yeni model keçən il təqdim edilmiş bənzər avtomobildən 45 kiloqram yüngüldür.

Spidsterin yaradıcıları ənənəvi cihazlar panelini rəqəmsal variantla əvəz etmiş, eyni zamanda Brembo əyləc mexanizmlərinin yerinə daha yüngül çəkili əyləc mexanizmlərini və yeni akkumulyatoru quraşdırmışdırlar. Nəticədə spidsterin çəkisi 898 kiloqrama qədər azalmışdır.  Mazda MX-5 Speedster Evolution tənzimlənən asqı sistemini, 17-düymlük RAYS təkər disklərini və BFGoodrich d-Force Rival R1 yarış təkərlərini, karbondan hazırlanmış aerodinamik dəsti, yarış buraxılış sistemini və xüsusi oturacaqları əldə etmişdir.

Mazda MX-5 modelinin əsasında hazırlanmış ikinci prototip MX-5 Kuro adlanır. Bu konsept modelin yarış versiyasından alınmış asqı sistemi, Brembo əyləc mexanizmləri və kuzovun tutqun boyası ilə seçilir. 

İstehsalçı hər iki modelin yapon şirkətinin yarış avtomobillərində quraşdırılan detalları aldığını bildirmişdir. Bu komponentlər Mazda şirkətinin kataloqunda mövcuddur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt